Beynəlxalq SƏTƏM TƏLİMÇİSİ/EKSPERT/MƏSLƏHƏTÇİ, IOSH DƏRƏCƏSİ, MSC, DIPNEBOSH, SƏTƏM ÜZRƏ APARICI TƏLİMÇİ, BMS ÜZRƏ QLOBAL NÜMUNƏVİ APARICI AUDİTOR
Rauf, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə 11 ildən çox təcrübəsi olan ixtisaslı və səriştəli mütəxəssisdir.
O, quruda və dənizdə peşəkar təlimin keçilməsi, tullantıların idarə olunması, fövqəladə hallarda yardım, audit & konsultasiya xidmətləri sahəsində geniş SƏTƏM təcrübəsinə malikdir.
O, həmçinin Peşə Sağlamlığı və Təhlükəsizliyi üzrə NEBOSH Beynəlxalq Diplomunun sahibidir və NEBOSH Məzunlarının rəsmi üzvlüyünə dəvət almışdır. Bundan əlavə 2019-cu ilin aprel ayından etibarən İOSH dərəcəsinin sahibidir.Peşə Sağlamlığı, Təhlükəsizliyi və Ətraf Mühitin İdarə Edilməsi üzrə magistr dərəcəsinə malikdir və CMIOSH titulunu almağa hazırlaşır. “Təhsildə və təlimdə Səviyyə 3 Mükafatı – PTLLS (Təlimçini yetişdirin)” və “Peşə ilə əlaqəli nailiyyətin qiymətləndirilməsində Səviyyə 3 Mükafatı” təlim sertifikatlarına layiq görülmüşdür.
ISO 9001, ISO 14001 və ISO 45001 da daxil olmaqla, müxtəlif standartlar üçün peşəkar və təsdiqlənmiş İSO AparıcıAuditorudur.
