Bütün təlimlər

Hər bir təşkilat fərqlidir və hərəsinin xüsusi təlim ehtiyacları var.

KTT-nin şaxələndirilmiş təlimləri təşkilatınızın xüsusi ehtiyaclarına uyğunlaşdırıla bilər.

Təlimçilərdən ibarət komandamız gündən-günə SƏTƏM tədqiqat və təhqiqat işləri aparır ki, sizin təliminiz real dünya təcrübələri əsasında hazırlansın və həqiqi təcrübəyə malik ekspertlər tərəfindən təqdim olunsun? Təlimləri seçdiyiniz məkanda və ya Bakıda yerləşən ofisimizdə təşkil edə bilərik.

Nə üçün şirkət daxilində təlimləri seçməli?

  • SƏTƏM-in konkret mövzu üzrə aparıcı mütəxəssisləri ilə təşkilatınızın təlim ehtiyaclarına tam cavab verən kurs hazırlaya bilərsiniz.
  • Komandalarınızın təlim keçmələri üçün ən uyğun gün, vaxt və yerləri seçirsiniz.

Kurs haqqında məlumat
Bəzi təlim kurslarına minimum say tətbiq olunur.

Bütün təlim kurslarına təlim üçün lazım olan material və milli və beynəlxalq cəhətdən tanınmış sertifikatlar daxildir.

Şirkətinizə təqdim edə biləcəyimiz kursların siyahısını görmək üçün təlimlərin siyahısı bölməsinə baxın.

SƏTƏM Məsləhət Xidmətləri

Əgər xüsusi layihə üçün SƏTƏM və/və ya Təhlükəsizlik üzrə məsləhət dəstəyinə yaxud sağlamlıq və təhlükəsizlik üzrə əlavə və müstəqil dəstəyə ehtiyacınız olarsa, məsləhətçilərimiz hədəflərinizə çatmaq üçün sizinlə birlikdə çalışacaqlar.

Xüsusi məsləhətçi, texniki ekspertiza və ya praktiki rəhbərlik kimi ehtiyac duyduğunuz dəqiq dəstəyi müəyyən edəcək və ehtiyac duyduğunuz zaman onu təmin edəcəkdir. Saytda, habelə e-poçt və ya telefon vasitəsilə mütəxəssis məsləhətlərindən istədiyiniz vaxt faydalana bilərsiniz.

Kursda dinləyicilərə tələblər və əlaqədar qanunvericilik üzrə yenilənmiş biliklər təqdim olunur. Hansı işlərin hündürlükdə iş hesab edildiyini və hündürlükdə işə dair tələblərin nə vaxt tətbiq edilməli olduğunu təsvir edir. Aşağıda göstərilən fəaliyyətlə bağlı təhlükələr və risklər və bunun üçün zəruri olan nəzarət tədbirləri. Kurs həmçinin işəgötürənin və işçilərin rollarının və vəzifələrinin predmeti və qanunvericilik tələbləri ilə bağlı yerli və beynəlxalq tələbləri təsvir edir. İş meydançaları və hündürlükdə iş üçün avadanlıq. Bu kurs həmçinin Hİ üçün yaxşı və pis təcrübələri təsvir edir. Hündürlükdə iş ilə bağlı hadisə.

Bu Kursu Kim Keçməlidir?
Kurs, gündəlik işlər üçün hündürlükdə işləməyə adamların tələb olunduğu bütün işəgötürənlər və əməkdaşlar üçün nəzərdə tutulmuşdur.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra kurs iştirakçısı test verməlidir. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
2 gün

Kurs sağlamlıq üçün təhlükəli olan maddələrin nəzarət altında necə saxlanılacağını təsvir edir. COSHH tələblərinə dair bilik təmin edir, təhlükəli maddələrin sağlamlığa necə zərər vurduğunu və ya pis təsir göstərdiyini izah edir və nümunələrini verir. Təhlükəli maddələrin necə müəyyənləşdiriləcəyinin müxtəlif üsulları haqqında məlumat verir. Təhlükəli maddələrin risklərini qiymətləndirərkən MTP-dən istifadə və MTP-yə istinad barədə biliklər təqdim edir.

Bu Kursu Kim Keçməlidir?
Kurs, kimyəvi maddələrin çatdırılmasını, nəqlini və saxlanmasını həyata keçirən işəgötürənlər və işçilər üçün, eləcə də son istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra kurs iştirakçısı test verməlidir. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
1 gün

Kurs, iş yerlərinin və əməliyyatların və fəaliyyətin riskinin qiymətləndirilməsi üçün hüquqi və beynəlxalq tələblər haqqında biliklər təmin edir. Kurs risklərin qiymətləndirilməsi üçün istifadə olunacaq risklərin, təhlükələrin və müxtəlif metodların yaxşı anlaşılmasını təmin edir. Bundan əlavə, iştirakçılar risk qiymətləndirməsinin prinsiplərini, risklərin hesablanması üçün kəmiyyət və keyfiyyət kimi rmüxtəlif üsulları başa düşəcəklər. Bu, iştirakçılar üçün risk matrisaları haqqında məlumatlılıq və anlayış, eləcə də risk qiymətləndirilməsi ilə müəyyən edilmiş nəzarət tədbirlərinin və ehtiyat tədbirlərinin həyata keçirilməsi və nəzarət tədbirlərinin monitorinqi barədə biliklər təmin edəcəkdir. O, həmçinin risk qiymətləndirilməsi üçün təşkilatda əsas heyətin vəzifələri ilə bağlı hüquqi və qanunvericilik tələblərini izah edəcək.

Bu Kursu Kim Keçməlidir?
Bu kurs iş yerində risk qiymətləndirilməsinin həyata keçirilməsinə görə məsuliyyət daşıyan hər kəs üçün uygundur. Risk qiymətləndirilməsini həyata keçirən şəxs “səlahiyyətli şəxs” adlanır və bu, biznes sahibi, menecer, rəhbər və ya lazımi bilik və təcrübəyə malik biznes çərçivəsində olan istənilən başqa şəxs ola bilər.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra kurs iştirakçısı test verməlidir. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
1 gün

Bu kurs, qapalı məkanlara daxil olmanı və tapşırıqların yerinə yetirilməsini tələb edən əməliyyatlar və işlərdə iştirak edən rəhbərlər və işəgötürənlər üçün nəzərdə tutulmuşdur. Kurs QMG-nin mənası və QMG növləri haqqında anlayış təmin edəcək. QMG üçün qəbul olunması tələb olunan tədbirlər və nəzarət vasitələri. O, Rəhbərlərin, QM-də tapşırıq yerinə yetirəcək heyət və QM-ə daxil olacaq şəxsi müşayiət edəcək şəxs üçün təlim tələbləri və vəzifələri izah edəcək. O, həmçinin, QM-də hadisə halında lazım olan fövqəladə vəziyyətlərə reaksiya tədbirləri haqqında əsas anlayışı təmin edəcəkdir.

Bu Kursu Kim Keçməlidir?
Bu kurs, əməkdaşlar, menecerlər, rəhbərlər və xilasedicilər də daxil olmaqla, işi üçün qapalı məkana daxil olması tələb olunan hər kəs üçün uygundur. Kurs qapalı məkanlarda təhlükəsiz işə giriş kimi nəzərdə tutulmuşdur və buna görə də qabaqcadan heç bir təlim tələb olunmur.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra kurs iştirakçısı test verməlidir. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
1 gün

Bu kurs nümayəndələrin potensial təhlükəli yerlərdə, eləcə də qapalı məkanlarda qaz testi prosesini yaxşı başa düşmələrini təmin etmək üçün nəzərdə tutulmuşdur. Kursda neft-qaz və sənayenin digər sahələrində ən çox yayılmış qazların müxtəlif növlərini təsvir edəcək. Qaz təhlili üzrə mütəxəssisinin müxtəlif rolları və zəhərli və alışqan qazların səviyyəsini və qapalı məkanlarda işləmək üçün kafi oksigen səviyyəsini müəyyən etmək üçün qaz testlərinin necə aparılacağı haqqında bilik və anlayışı təmin etmək. Kurs mövzuya tətbiq ediləcək qanunvericilik və normaları, aşağıda verilmiş hallar üçün risk qiymətləndirilməsini, təhlükəsiz sistemi və iş sisteminə nəzarəti təsvir edəcəkdir. İlkin və cari monitorinq zamanı zəhərli və alışqan qazların müxtəlif növləri, təsir səviyyəsi və aşağı və yuxarı partlayış səviyyəsi və nəticələrin şərhi və qeydiyyatı üçün müxtəlif üsullar.

Bu Kursu Kim Keçməlidir?
Qaz təhlili üzrə 1, 2 və 3-cü dərəcəli səlahiyyətli mütəxəssislər kimi işə hazırlaşan işçi heyəti, həmçinin oksigen, alışqan və zəhərli qazların (qapalı məkanlarda işə qədər) sınaqlarının keçirilməsi ilə məşğul olanlar üçün nəzərdə tutulmuşdur. Qaynar iş üçün hazırlıq zamanı alışqan qazı sınaqdan keçirənlər və qaynar iş sahəsinin cari monitorinqi vasitəsilə təhlükəsizliyə nəzarət vəzifələrini təmin edənlər.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra kurs iştirakçısı test verməlidir. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
1 gün

Bu kurs nümayəndələrə müxtəlif müəssisələrdə yanğınsöndürmə nəzarətçiləri üçün bilik təmin etmək üçün nəzərdə tutulmuşdur. Kurs yanğınsöndürmə nəzarətçilərinin rolu və öhdəlikləri və xüsusi vəzifələri barədə bilik və məlumat verəcəkdir. Bu kurs həmçinin namizədlərə müxtəlif fövqəladə hallar üçün təxliyə prosedurlarının həyata keçirilməsi üçün lazım olan bacarıqları təmin edəcək və fövqəladə hallar zamanı necə düzgün reaksiya göstərilməsini öyrədəcəkdir. Kursun gedişində nümayəndələr heyətin təxliyə üsulu, müxtəlif yanğın növləri və yanğının yayılma növləri haqqında baza məlumatları əldə edəcəklər. Bu kurs həmçinin müxtəlif obyektlərdə yanğının qarşısını almaq üçün ehtiyat tədbirləri haqqında anlayış təmin edəcəkdir. Təlim həmçinin işəgötürənlər üçün müvafiq qanunvericilik və normativ aktlar və yanğınsöndürmə avadanlığının təşkili və personalın təlimi üzrə tələblər haqqında anlayış təmin edəcəkdir.

Bu Kursu Kim Keçməlidir?
Bu Yanğın nəzarətçisi təlim kursu iş yerində yanğın nəzarətçisi vəzifəsində olacaq istənilən şəxs üçün uygundur. İstənilən səviyyədə olan şəxs bu kursu keçə bilər və bunun üçün heç bir ilkin bilik tələb olunmur – bu həm yanğın təhlükəsizliyinin əsaslarını, həm də xüsusiyyətlərini əhatə edəcəkdir. Bu, vəzifənizin nə olduğu və onları necə yerinə yetirəcəyiniz barədə sizə bilik verəcəkdir. Sizin iş yerinizdən asılı olaraq, sizin risk qiymətləndirməniz sizdən bu kursa əlavə olaraq praktiki məşq keçməyinizi tələb edə bilər.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
yarım gün

Təlim nümayəndələrə kursda təsvir olunan müxtəlif metodlardan istifadə edərək iş yerlərində və ya ofis mühitində yanğının idarə edilməsi və söndürülməsi üçün bilik və lazımi bacarıqları təmin etmək üçün nəzərdə tutulmuşdur, iştirakçılar yanğın növləri və müxtəlif növ materialların yanğın dinamikasını başa düşmək, yanğın növləri və yanğınsöndürənlərin növləri və yanğın növünü/siniflərini müəyyən etməyi başa düşmək üçün nəzəri və praktiki bacarıqlar əldə edəcəklər. Kursun sonunda nümayəndələr binalarda yanğın riskinin sadə qiymətləndirilməsinin necə aparılacağını, yəni yanğın ocağının və öz-özünə alışmanın necə müəyyən olunacağını başa düşəcəklər. Dinləyicilər yanğın baş verdiyi təqdirdə binanı və iş yerini uğurla evakuasiya edə biləcəklər.

Bu Kursu Kim Keçməlidir?
Hökumət qanunvericiliyinə əsasən, bütün işçilər işlədikləri sahədən asılı olmayaraq yanğınla mübarizə üzrə lazımi təlim keçməlidirlər. Bu kurs menecerlər, rəhbərlər, ştat və yarımştat heyət də daxil olmaqla, bütün səviyyələrdən olan işçilər üçün müvafiq təlim təmin edir.

İşəgötürənlər bütün yeni işçilərin işə ilk dəfə başladıqları zaman yanğınsöndürmə təlimi keçmələrini və risk qiymətləndirilməsi yolu ilə hər hansı yeni yanğın riskləri aşkar edildikdə mövcud işçilərin öz təlimlərini yeniləmələrini təmin etməlidirlər.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
1 gün

Bu təlim iş icazələri sisteminin tətbiqinə və iş icazələri sistemində iş icazələrinin verilməsi və təsdiqlənməsi üçün məsuliyyət daşıyacaq rollara görə məsuliyyət daşıyanlar üçün nəzərdə tutulmuşdur. Təlim təhlükəsiz iş sistemi və iş icazələri sistemi və iş icazələrinin məqsədləri və onların hansı yüksək riskli işlər üçün tələb oluna biləcəyinə dair anlayış; İcazənin əhatə etdiyi işi yerinə yetirməli olacaq şəxslərin müxtəlif rolları və vəzifələrinə dair anlayış; işləri idarə etmək və səmərəli şəkildə nəzarət etmək üçün iş icazəsinə nəyin daxil olduğuna dair bilik təmin edəcək. İştirakçılar həmçinin iş icazəsinin necə hazırlandığını, müxtəlif tapşırıq və əməliyyatlar üçün risklərin necə qiymətləndirilməli olduğunu və yüksək riskli işi təhlükəsiz necə idarə edilməli olduğunu; SİMOPS-un mənasını və kimin və nə üçün idarə edilməli olduğunu; Nəzarət vasitələrinin iyerarxiyasını; qanunvericiliyə uyğunluğu və s-ni başa düşəcəklər.

Bu Kursu Kim Keçməlidir?
Bizim iş icazəsi kursumuz icazələri yaradacaq və təqdim edəcək, eləcə də icazənin əhatə etdiyi işə nəzarət edəcək və ya yerinə yetirəcək hər kəs üçün nəzərdə tutulmuşdur. Bu sənəddə icazənin verilmə nöqtəsindən işin tamamlanmasına qədər icazənin alınmasına cavabdeh olan bütün şəxslərin vəzifələri izah edilir. Qapalı məkanlarda iş, hündürlükdə iş, asbest işi, qaynar iş, dəmir yollarının texniki xidməti və s. kimi yüksək riskli iş görən hər kəs, bu təlimdən keçməlidir.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
1 gün

Bu kurs əllə yerinə yetirilən işi görən və ya ona nəzarət edən hər kəs üçün nəzərdə tutulmuşdur. Kurs, əllə yerinə yetirilən iş nəticəsində iş yerlərində yaranan yaralanma riskini azaltmaq üçün tələb olunan biliyi təmin edəcəkdir. Əllə işin təhlükəsiz yerinə yetirilməsi texnikasına dair düzgün anlayış və bilik və əllə işin təhlükəsiz yerinə yetirilməsinin əhəmiyyətini izah edir. Kurs həmçinin əllə görülən işin sağlamlıq üçün təhlükəsini, əl ilə görülən işlərlə bağlı riskin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan əsas amilləri; materialların və predmetlərin təhlükəsiz yerdəyişməsini və onlarla rəftarı; əllə işin daha təhlükəsiz görülməsi prinsiplərini və əl ilə görülən işlə bağlı tələbləri və qaydaları təsvir edir.

Bu Kursu Kim Keçməlidir?
Əllə görülən iş üzrə kurs, Əşyaların yükünün əl ilə və ya fiziki qüvvənin köməyi ilə qaldırılması, aşağı salınması, itələnməsi, çəkilməsi, daşınması, manevr edilməsi, saxlanması və ya nəql edilməsi də daxil olmaqla, əl ilə görülən əməliyyatlarını həyata keçirə biləcək bütün səviyyələrdə işçilər üçün nəzərdə tutulmuşdur.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
1 gün

Bu kurs, işəgötürənin qəza və hadisələrə səbəb ola biləcək faktları dəqiq müəyyənləşdirməyə və istintaq prinsiplərini başa düşməsinə kömək edəcək hadisələrin effektiv araşdırılmasının əsas biliklərindən ibarətdir. Həm də səthi, kök səbəblərin təhlillərini müəyyən edir. Namizədlər, məqsədin niyə təhlükəsizliyin idarəetmə sistemində qəzaların baş verməsinə səbəb olan zəif yerləri müəyyən etmək olduğunu öyrənəcəklər. Kurs həmçinin insidentlərin araşdırılması üçün hüquqi və beynəlxalq standartlar da təmin edir. Hadisələrin araşdırılması üçün tətbiq olunan yerli qanunvericiliyin tələbi və hadisələrin hesabatının verilməsi və qeydiyyatı metodu ilə bağlı anlayışı təmin edir.

Bu Kursu Kim Keçməlidir?
Hadisələrin və qəzaların araşdırılması prosesinə cəlb olunmuş istənilən şəxs.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
2 gün

Bu kurs sizin üçün ofislə bağlı təhlükələri və riskləri və qarşısının alınması üsulunu təmin edəcək. Həmçinin işdə olan insanların elmi cəhətdən öyrənilməsinin daxil olduğu erqonomika haqqında bilik təmin edəcək. Erqonomikanın məqsədi stressi azaltmaq və yumşaq toxumaların həddindən artıq istifadəsi ilə bağlı yaralanmaları və narahatlıqları aradan qaldırmaqdır. Bu kurs sizə erqonomika ilə əlaqəli təhlükələr və risklər haqqında əsas anlayışlar əldə etməyə kömək edəcəkdir. Həm də ümumi sənaye sahələrində ofis təhlükəsizliyi və erqonomika ilə bağlı ən yaxşı təcrübələri təsvir edir.

Bu Kursu Kim Keçməlidir?
Ofis Sağlamlığı və Təhlükəsizliyi ilə bağlı bu kurs menecerlər, rəhbərlər, ştat və yarımştat əməkdaşlar da daxil olmaqla ofisdə çalışan hər kəs üçün uyğundur. Kurs giriş səviyyəsində hazırlanmışdır və buna görə də ilkin hazırlıq və ya bilik tələb olunmur.

İşəgötürənlər onların işçilərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələlərinə dair təlim almasına görə hüquqi məsuliyyət daşıyırlar və bu kurs sizə bu məsuliyyəti yerinə yetirməyə kömək edəcəkdir. Bu tələb, yarımştat işçilər və istehsalat təcrübəsi keçən heyət də daxil olmaqla, bütün səviyyələrdən olan işçilərə aiddir.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
Yarım gün

Bu kurs işçilər və rəhbərlər üçün nəzərdə tutulmuşdur. Kurs iş yerində elektrik təhlükəsizliyinin əsasları haqqında anlayış təmin edir. Elektrik konsepsiyalarını və elektriklə işləyərkən qəbul edilməli olan ən yaxşı təhlükəsiz iş üsullarını izah edir. O, həmçinin elektrik təhlükəsizliyi standartları və əlaqədar risk və təhlükələr, eləcə də elektrikin olduğu işlərlə məşğul olanlar üçün təlim tələbləri haqqında bilik təmin edir. Bu, qoruyucu qurğular haqqında əsas biliklər təmin edəcəkdir.

Bu Kursu Kim Keçməlidir?
Bu kurs, vəzifəsinin bir hissəsi kimi elektrik üzərində və ya yaxınlığında işləməsi tələb olunan menecerlər, rəhbərlər, ştat və yarımştat işçilər də daxil olmaqla, bütün səviyyəli işçilər üçün uyğundur. Kurs elektrik təhlükəsizliyinə giriş kimi nəzərdə tutulmuşdur və buna görə də əvvəlcədən heç bir hazırlıq tələb olunmur.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
1 gün

Bu təlim Rəhbərlər və SƏTƏM məsləhətçiləri üçün nəzərdə tutulmuşdur və qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün lazım olan biliyi təmin edəcəkdir. Bu kursu tamamlamış personal qida mənşəli xəstəliklərə səbəb ola biləcək təhlükələri müəyyən edə biləcək. Əllərin düzgün yuyulmasının və sağlamlığınızın vacibliyini anlayın. Təhlükəli zonadan qaçmaq üçün təhlükəsiz qida temperaturunu bilin. Ərzaq təhlükəsizliyinin ümumi qaydalarına riayət edin və anlayın. Bu biliyi müştəri üçün qida təmin edən bufetlər və ictimai iaşə müəssisələrində qida ilə daha təhlükəsiz rəftar üçün istifadə edin, bu kursu təmin etməklə işəgötürən müştəri məmnuniyyətinə nail olacaq, işçiləri və digərləri qida zəhərlənməsindən qoruyacaq, qanuna riayət edəcək və yaxşı nüfuz qazanacaq və buna görə də işini artıracaq

Bu Kursu Kim Keçməlidir?
Bu kurs Rəhbərlər, Xətti menecerlər, Potensial menecerlər və qida gigiyenası və təhlükəsizliyinə dair dərin biliklərə ehtiyacı olan kiçik biznes sahibləri üçün idealdır. Kurs, əsas məsələlər haqqında ətraflı məlumat verir və qida gigiyenası və təhlükəsizlik məsələlərinə və qida təhlükəsizliyi problemlərinin qarşısının alınmasına dair ətraflı anlayış verir.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
1 gün

Bu kurs, fövqəladə vəziyyət və ya qəzadan dərhal sonra peşəkar tibbi qiymətləndirmə və müalicə təmin edilənə qədər yaralıların vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün görülməli olan ilk yardım tədbirləri haqqında əsas biliklərindən istifadə edə biləcəkləri bir vəziyyətdə olan işçilər və bütün insanlar üçün nəzərdə tutulmuşdur. Kurs dinləyicilərə həyat üçün təhlükəli vəziyyətin qiymətləndirilməsi üçün praktiki və nəzəri biliklərə dair əsas anlayışı; müxtəlif növ yaralanmalar və kritik sağlamlıq şərtləri; yaraların əsas müalicəsi və həyatın dəstəklənməsi və zərərçəkənlərin təhlükəsiz təxliyəsi haqqında əsas bilikləri təmin edəcək.

Bu Kursu Kim Keçməlidir?
Əsas ilk yardım kursu yeni ilk yardım bacarıqları öyrənmək istəyən və ya mövcud ilk yardım bacarıqlarını yeniləmək istəyən adamlar və biznes sahibləri üçün uyğundur. Bu kursu keçmək üçün heç bir əvvəlki ixtisas tələb olunmur, çünki ilk yardımın bütün əsas üsulları təlim ərzində əhatə olunur.

Bizim ilk yardım üzrə yeni hazırlanmış təkmilləşdirmə kursumuz xüsusi olaraq əsas ilk yardım köməkçisi bacarıqlarını inkişaf etdirmək istəyən insanlar üçün yaradılmışdır.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər iki ildən bir.

Müddəti
Əsas – 1 gün
Ətraflı – 2 gün

Bu kurs hazırda üzləşdiyimiz ekoloji problemlər barədə məlumat verəcək. Kursun gedişatında dinləyicilər bu problemlərin mənfi təsirlərinin azaldılması və ətraf mühitin müxtəlif sənaye sahələri və gündəlik fəaliyyətlərdən, eləcə də planetdə insanların davranışından qaynaqlana biləcək mənfi təsirlərdən qorunması yollarını öyrənəcəklər. Kurs həmçinin suyun təkrar istifadəsi, yaşıllığın salınmasının müxtəlif metod və texnologiyalarının və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi yolu ilə havanın və suyun çirklənməsinin və onların mənfi təsirlərinin minimuma endirilməsi metodlarını təsvir edir və araşdırır. Kursun məzmunu həmçinin tullantıların idarə edilməsi aspektlərini və məişət və sənayedə insanların yaratdığı tullantıların mənfi təsirini və tullantıların idarə edilməsinin mövcud üsullarını da əhatə edir. Kursun gedişində dinləyicilər ətraf mühitin mühafizəsinin əsas prinsipləri; su və havanın çirklənməsi ilə bağlı problemlərin həlli; ətraf mühitin və ekologiyanın mühafizəsi üzrə standartların əsas tələbləri, normativ aktlar və hüquqi tələbləri, habelə tullantıların idarə edilməsinin əsas prinsipləri ilə tanış olacaqlar.

Bu Kursu Kim Keçməlidir?
Bu ekoloji məlumatlılıq mövzusunda giriş səviyyəli kursdur. Bu işçilər, menecerlər, rəhbərlər və işəgötürənlər daxil olmaqla, bütün səviyyələrdə işçilər üçün uygundur və heç bir ilkin bilik tələb olunmur. Daha davamlı işləmək hər bir iş yerinin vəzifəsidir və bu mövzunun əməkdaşlar tərəfindən kifayət qədər anlaşılmasının təmin edilməsi müəssisələrə öz ekoloji məqsədlərinə nail olmağa kömək edəcəkdir.

Sertifikatlaşdırma
Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra dinləyici test verməli olacaq. Bu, uyğunluq və audit üçün sübut təmin etmək məqsədilə istifadə edilə bilər. Kursa hökumətin Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən nəzarəti dövlət agentliyi tərəfindən icazə verilmişdir.

TƏKRAR ATTESTASİYA
Hər üç ildən bir.

Müddəti
yarım gün

Bu kurs H2S qazı haqqında əsas məlumatları təmin edəcək və H2S ilə işləməyin təhlükələri ilə tanış edəcəkdir. H2S-in mövcud ola biləcəyi sahələr və məhsullar. H2S-in potensial ölümcül təsirlərindən işçilərin və digər şəxslərin qorunması üçün tədbirlər. Sahələrdə işləyən və ya potensial H2S mühitinin əməliyyatlarında iştirak edənlər üçün fövqəladə prosedurlar və avadanlıq və təlimlər üzrə bilik.

Bu Kursu Kim Keçməlidir?
H2S qaz ilə çirklənmiş ola biləcək mühitdə işləyən və ya, işləyə biləcək heyət